Tovuzda dəmir yol xəttini keçmək istəyən gənci qatar vurub.
Azərbaycan İdeyası APA-ya istinadən bildirir ki, Hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib.
Belə ki, lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən Tovuz rayon Hacıhəsənli kənd sakini 25 yaşlı Eldəniz Cəfərovu vurub. Məlumata görə gənc oğlan dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist qatarı təcili dayandırmağa çalışsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb. Eldəniz Cəfərov Qovlarda kirayədə yaşayırmış.
Onun yaxınlıqdakı avtoyuma məntəqəsində işlədiyi bildirilib.
Faktla ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.