Azərbaycan İdeyası

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi vurulub

Tarix:4-05-2024, 23:36
Baxış Sayı:9

 

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.


"Aİ"-nin məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.


Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.


Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.


Faktla bağlı Suraxanı Rayon 33-cü Polis Bölməsində araşdırma aparılır.


Qeyd edək ki, Arzu Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.


OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər