Azərbaycan İdeyası

Əli Əsədov Kadir Özkaya ilə görüşdü - VİDEO

Tarix:26-07-2024, 15:00
Baxış Sayı:1

 

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.


“Aİ” xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə mövcud əlaqələrin davamlı inkişafından məmnunluq ifadə olunub.


Eyni zamanda məhkəmə-hüquq sahəsində uzunmüddətli səmərəli tərəfdaşlıq təqdir edilib.


Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasında və regional güc mərkəzinə çevrilməsində Azərbaycan və Türkiyə prezidentlərinin səylərinin önəmi qeyd olunub.


İki ölkənin konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb.


Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə iştirak edib.


 


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO