Kəlbəcərdə qəzaya düşən hərbçilərdən biri ölüb.
Qozlu Körpü kəndi ərazisində baş verən qəzada hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı yük maşını ilə toqquşub.
Qəza zamanı "VAZ-21015"-də xəsarət alan 5 nəfərdən 1-i Əhmədov Fuad Cəlal oğlu dünyasını dəyişib.
Digər 4 nəfər həkim nəzarətindədir.