Sabunçu Zabrat avtomobil yolunda ağır yol qəza hadisəsi baş verib.
Azərbaycan İdeyası xəbər verir ki, qəza axşam saatlarında Sabunçu Zabrat avtomobil yolunda qeydə alınıb. Belə ki dönmə əməliyyatı etmək istəyən Hyundai markalı avtomobilə yüksək sürətlə hərəkət edən VAZ2106 markalı maşın çırpılıb. Nəticədə VAZ2106 markalı maşın daha sonra səkiyə də dəyərək deformasiyaya uğrayıb.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Ağır yaralananlar olduğu bildirilir.
Araşdırma aparılır.