Azərbaycan İdeyası

Salyanda keçmiş baş həkim və arvadı amansızlıqla qətlə yetiriblər - VİDEO

Tarix:1-03-2024, 18:30
Baxış Sayı:6

 

Salyanda keçmiş baş həkim və arvadı amansızlıqla qətlə yetiriblər.

Martın 1-i səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evin bağ hissəsində çoxsaylı bıçaq və küt alət zərbələri ilə qətlə yetirilən ər və arvadın meyitini aşkar ediblər. Məlumata görə ilkin olaraq onların meyitlərini həyətdə işləyən fəhlə aşkar edib və polisə məlumat verib.

Qeyd edilir ki, mərhum İsrafil Məmmədov uzun müddət Salyan rayon poliklinikasının baş həkimi vəzifəsində çalışıb. Ailənin 4 qız və bir oğul övladı var. Övladların hamısı ailəlidirlər.

Heç kimdən şübhələnmirik, heç kimlə işləri olmayıb. Tikansız “balıqdılar”. Səhər xəbər çıxdı biz də gəldik. Gəldik gördük bağın içərisində öldürüblər üzlərin də örtüblər.

Gəzən söz-söhbətlərə görə, qətli törədən şəxs (şəxslər) evə oğurluq məqsədi ilə daxil olub(lar), evdən qiymətli qızıl-zinət əşyalarının və pul olan seyfin oğurlandığı ehtimal olunur. Meyitlər Salyan morqunda müayinə olunub. Qatil və ya qatillərin axtarışları istiqamətində istintaq əməliyyat hərəkətləri aparılır.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO