Bakıda qəribə qəza hadisəsi baş verib, 46 nömrəli avtobus yaşayış evlərinin damına çıxıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Şəbəkə istifadəçilərinin şərhlərinə əsasən, qəza Suraxanı rayonu Köhnə Günəşli ərazisində baş verib.
Belə ki, marşrut avtobusunun sürücüsü idarəetməni itrərək yol kənarındakı müşahidə kamerasını sındırıb, daha sonra avtobus yoldan bir neçə metr aşağıdakı yol kənarında yerlkəşən yaşayış evinin damına çıxıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Qəza nəticəsində xəsarət alanların olub-olmadığı haqqında hələlik məlumat yoxdur.