Azərbaycan İdeyası

Zaqatalada qazinin ölümü ilə nəticələnən qəza baş verib - VİDEO

Tarix:13-05-2024, 18:30
Baxış Sayı:6

 

Zaqatalada biri qazi olmaqla 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər