Azərbaycan İdeyası

Lənkəranda yol-nəqliyyat hadisəsi 12 yaşlı yeniyetmənin ölümü ilə nəticələndi - VİDEO

Tarix:1-01-2024, 18:00
Baxış Sayı:1

 

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 


Hadisə rayonunun Haftoni kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Ləj kənd sakini Əhliman Əliyev idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə hərəkətdə olarkən, idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən sürücü və avtomobildə sərnişin qismində olan sürücünün oğlu Ləj kənd sakini, 12 yaşlı Murad Əliyev ağır xəsarət alıblar.


Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 12 yaşlı Murad Əliyevin həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, xəsarət alan sürücü Əhliman Əliyev Lənkəran Təxirəsalınmaz və Təcili Tibbi Yardım şöbəsinin həkimidir. Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO