İsrailin İranın hücumlarına reaksiyasının nə olacağı ilə bağlı son qərarı verəcək şəxslər müəyyən edilib.
Bu qərar dünən gecə keçirilən iclasadan sonra qəbul edilib.
Hücuma cavab vermək üçün səlahiyyət, İsrailin hərbi-siyasi kabineti tərəfindən Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa verilib.
Ancaq ölkənin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu qərara etiraz ediblər. Həmçinin belə bir qərarın geniş tərkibdə qəbul edilməli olduğunu bildiriblər.
İsrailin yüksəksəviyyəli dairələri İranın hücumlarına ciddi və güclü reaksiyanın olacağını da açıqlayıblar.
Bundan başqa, İranın hücumlarına cavab hazırlamaq üçün ABŞ Prezidenti Cozef Baydenin böyük yeddilik müttəfiqləri ilə məsləhətləşmələr keçirəcəyi də bildirilir.
Rəsmi Tehran isə bir daha bildirir ki, İsrail cavab zərbəsi endirmək fikrinə düşərsə, İranın reaksiyası daha da güclü olacaq. Son olaraq qeyd olunur ki, bu, İran və İsrail arasında münaqişədir, ABŞ buna qarışmamalıdır.