Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
“Aİ” xəbər verir ki, hadisə rayonun Qışlaq kəndi ərazisində baş verib.
Belə ki, Lerik rayon Hamarat kənd sakini 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubovun idarə etdiyi “UAZ” markalı avtomobil əyləc sistemində yaranan nasazlıq səbəbindən idarəetmədən çıxaraq dağa çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə olanlar 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.